Əfqanıstanda güclü zəlzələ olub: yenilənib | VİDEO

 Əfqanıstanda güclü zəlzələ olub: yenilənib   | VİDEO
  01 Sentyabr 2025    Oxunub:1139
Əfqanıstanın Kunar əyalətinin Cəlalabad şəhəri yaxınlığında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, Əfqanıstan hökumətinin rəsmi nümayəndəsinin verdiyi məlumata görə, ölkədə yaşaşan güclü zəlzələ nəticəsində ölənlərin sayı 800-ə çatıb, 2500 nəfər isə yaralanıb.

********
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) yaydığı məlumatda UTC vaxtı ilə (UTC – Koordinasiya edilmiş Universal vaxt) saat 19:17-də 200 mindən çox insanın yaşadığı Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə güclü zəlzələnin qeydə alındığı bildirilir. Yeraltı təkanın ocağı 35 kilometr dərinlikdə yerləşib.

Əfqanıstan Milli Televiziya və Radio Yayımları Şirkəti (RTA) yerli hakimiyyət orqanlarına istinadən bildirib ki, zəlzələ nəticəsində 620 insan həlak olub, ən azı 1500 nəfər yaralanıb. Lakin qurbanların çoxu dağıntılar altında qaldığı üçün ölənlərin sayı arta bilər.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Əfqanıstan   zəlzələ  



Xəbər lenti